Qadin.NET / Bayrağı təkbaşına ermənilərdən qoruyan azərbaycanlı azadlıqda

Bayrağı təkbaşına ermənilərdən qoruyan azərbaycanlı azadlıqda

 

 

Azərbaycan bayrağını ermənilərdən qoruduğuna görə saxlanılan hemyerlimiz azadlığa buraxılıb.

ANS-in Vaşinqton bürosunun məlumatına görə, həmyerlimiz ABŞ-da qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən aksiyada Azərbaycan və Türkiyə bayrağını ermənilərdən qoruduğuna görə saxlanılmışdı. Nəvid Sultani 1 gün polis məntəqəsində saxlanılıb. Amma azadlığa çıxsa da məhkəmə prosesi hələ bitməyib. Bundan başqa ABŞ-dakı Ermənistan səfirliyi də Nəvid Sultanı məhkəməyə verib və onun səfirlik qarşısına getməsinə qadağa qoyulub. 
ABŞ-da saxlanılan azərbaycanlı Nəvid Sultani deyir ki, onu polislə üzüzə durduğu üçün ittiham ediblər. Amma əslində belə bir iş olmayıb. 
Nəvid Sultaninin bildirir ki, öz maşınında həm Azərbaycan, həm də Türk bayrağını dalğalandırmaqla 2 ölkənin bir yerdə olduğunu nümayiş etdirmək istəyib. Amma ermənilərin bayrağımıza qarşı hörmətsiz davranmasını sakit qarşılaya bilməzdi. 
Nəvid Sultani aydınlıq gətirdi ki, maşını bayrağımızı ermənidən geri almaq üçün saxlayıb. Bu zaman özü də bilmədən naməlum səbəbdən polislər tərəfindən saxlanılıb.
Xatırladaq ki, aprelin 24-də “qondarma erməni soyqırımı”n 100-cü ildönümü ilə bağlı Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada türklərə azərbaycanlılar da dəstək olmuşdu. Ermənilərin Azərbaycan bayrağını almasına və Nəvid Sultanının buna etiraz etməsinə Amerika polisi qarışmışdı. Amerika polisi isə həmyerlimizlə sanki cinayət törətmiş kimi davranmışı və onu saxlamışdı. 

 

Mənbə: ANS PRESS

29 aprel 2015
GO BACK