Çernobıldakı meşə ərazisində yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, Ukrayna Baş naziri Arseni Yatsenyuk dünəndən başlayan yanğının lokallaşdırıldığını, lakin hələ ki, söndürülmədiyini bildirib: "Vəziyyət nəzarət altındadır, stansiyanın özünə kimi 20 kilometrədək məsafə qalıb".
O deyib ki, bu Çernobıl yaxınlığında 1992-ci ildən bəri baş verən ən böyük yanğındır. "Buryakovka, Rudnya-İlyinetskaya, Qlinka və Lubyanka kəndləri yaxınlığında yanğın çərşənbə axşamı günü başlayıb. Çərşənbəyə keçən gecə onu yayılmasının qarşısı alınıb" - deyə Yasenyuk bildirilib.
Fövqəladə vəziyyətlər üzrə dövlət xidməti rəhbərinin vəzifəsini icra edən Zoryan Şkiryak deyib ki, yanğının AES-ə doğru irəliləməsinin qarşısı alınıb.
Ukrayna rəsmisi yanğın mənbələrinin aviasiya vasitəsilə məhdudlaşdırıldığını deyib.
Rəsmi məlumata əsasən Kiyev və Kiyev vilayətində radiasiya səviyyəsi normalar çərçivəsində qalır.
İlkin versiyalardan birinə görə AES yaxınlığındakı yanğın bilərəkdən törədilib. Ukraynanın daxili işlər naziri Arsen Avakov meşəyə qəsdən od vurulduğunu bildirib. Bununla yanaşı alovlanmanın səhlənkarlıq nəticəsində yarana biləcəyi versiyası da qeyd olunur.
Mənbə: ANS PRESS