Qadin.NET / Xəbərdarlıq - Bir gün qaldı

Xəbərdarlıq - Bir gün qaldı

 

 

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, ərizə qəbulunun başa çatmasına 1 gün qalıb. 
29 aprel saat 15:00 - a olan məlumata görə 81579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 
5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsələr də, həmin ərizələri təsdiq etməyiblər.
Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

 

Mənbə: ANS PRESS

29 aprel 2015
GO BACK