Castin Kroui və Eyrik Snii adlı iki nəfər qadınlar üçün insan əli şəklində protez əl hazırlayıblar. Həmin protez əl əslində bir selfi çubuğudur.
ANS PRESS-in məlumatına görə, onlar bunu sadəcə insanlara kömək məqsədilə etdiklərini bildiriblər. Protez qolu selfi çubuğuna çevirən iki dostu bəziləri qınasa da, onlara dəstək verənlər də tapılıb. İstənilən halda, həmin məhsul tətilə yalnız çıxanlar üçün ən yaradıcı məhsul seçilib.
Qeyd edək ki, yeni selfi çubuğu bir çoxlarına fotoqraf Murad Osmanın "tut əlimi" layihəsini xatırladıb. Murad Osman sevgilisi jurnalist Natalya Zaxarova ilə səyahət zamanı əksər şəkillərində eyni formada şəkil çəkdirib. Şəkillərdə Murad Osmanın sadəcə əli görünür.
Cütlük bu şəkillərlə qısa müddətdə məşhurlaşmışdı.
Mənbə:ANS PRESS