Qadin.NET / Bu çəkmə minada partlamır

Bu çəkmə minada partlamır

 

 

Türkiyədə minaya davamlı çəkmə hazırlanıb.
ANS PRESS-in məlumatına görə, Gaziantep Universitetində hazırlanan çəkmə "topuq minası" olaraq bilinən və ayağın qopmasına səbəb olan partlayıcıya qarşı istehsal edilib.
Sakaryada test edilən çəkmə sınaqlardan uğurla çıxıb. Testlər yekunlaşdıqdan sonra sözü gedən çəkmələrin geniş istehsalına başlanılacaq. 
Yaxın gələcəkdə istehsal edilərək bazara çıxarılacaq çəkmələrin ilkin olaraq 200 türk lirəsi (75 AZN) olacağı gözlənilir. Bu çəkmələrdən daha çox Türkiyə Ordusunda xidmət edən əsgərlər və polislər istifadə edəcək. 

 

Mənbə: ANS PRESS

29 aprel 2015
GO BACK