Azərbaycanda yaxın günlərdə mobil operatorlararası qoşulmaların qiyməti 0,05 manatdan 0,03 manatadək azaldılacaq.Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, bu qərar ölkədə mobil rabitə xidməti üzrə tariflərin ucuzlaşmasına xidmət edir: "Hazırda biz bazarda rəqabət mühitinin yaxşılaşdırılması üzrə iş aparırıq. Ölkədə mobil rabitə xidmətləri üzrə tariflər dövlət tərəfindən tənzimlənmir. Onlar operatorlar arasında rəqabət əsasında formalaşır".
Mənbə: Milli.Az