
İ.Tatlıses son vəziyyəti ilə bağlı paylaşdığı fotonun altına bunları yazıb: "Şəklimə baxanda məni xatırlayın, çünki mən sizi heç unutmadım".
Qeyd edək ki, ABŞ-da müalicə alan İbrahim Tatlıses martın 9-da kritik beyin əməliyyatı keçirəndən sonra bir müddət reanimasiyada qalıb. Hazırda xəstəxanada saxlanılan müğənni həkim nəzarətində müalicə olunur.
Mənbə: Milli.Az