Qadin.NET / Bu gün növbə Lənkərandadır

Bu gün növbə Lənkərandadır

 

Bu gün növbə Lənkərandadır

Avropa Oyunlarının məşəlinin Azərbaycanın bölgələrinə səyahəti davam edir. Ölkənin birinci şəxsinin yandırdığı alovun Naxçıvan turu başa çatıb. Məşəl növbəti alov festivalının ünvanına doğru yola düşməyə hazırlaşır.
ANS TV-nin məlumatına görə, alov estafetini şəhərin bayraq meydanında start götürəcək. Təşkilat komitəsi rayonun bu möhtəşəm tədbirə tam hazır olduğunu deyir.
“9 məntəqə üzrə bölgü aparmışıq. Lənkəranın titullu idmançıları arasında məşəl daşınaraq ötürüləcək. Yekunda Olimpiya məşəli Heydər Əliyev xatirə parkında qurulmuş səhnəyə təqdim olunacaq. Gələn qonaqların yerləşdirilməsi üçün otellərimiz hazırdır”, – deyə Lənkəran icra hakimiyyəti başçısının müavini Möhübbət Babayev bildirib.
Avropa Oyunlarının məşəlini daşımaq şərəfi Lənkəranın tanınmış idmançılarına həvalə ediləcək. Artıq bu məqsədlə

 

mötəbər yarışlarda uğur qazanmış 12 idmançı seçilib.
“Hər zaman Olimpiya oyunlarına baxanda arzum olub ki, belə bir gündən mənə də nəsib olsun. Çox sevinirəm ki, ürəyimdəki belə bir arzuya çatıram. Belə bir mötəbər iş mənə həvalə olunub”, - deyə idmançı Məlahət Tağıyeva qeyd edib.
Mərasimin tamaşaçılar üçün ən maraqlı, əyləncəli hissəsi isə alov festivalı olacaq.
Bayraq meydanından start götürən tədbirin bu gün axşam saatlarında Heydər Əliyev xatirə parkında yekunlaşacağı deyilir.

Mənbə: ANS PRESS

29 aprel 2015
GO BACK