Qadin.NET / Boksçu Məhəmməd Əli üsyan etdi

Boksçu Məhəmməd Əli üsyan etdi

 

Boksçu Məhəmməd Əli üsyan etdi

Amerikalı məşhur boksçu cavan həmkarlarına sərt ismarış göndərib. ANS PRESS-in məlumatına görə, ABŞ-lı əfsanəvi boksçu Məhəmməd Əli tvitter səhifəsində Floyd Meyuezerin onun və Rey Robinson barədə işlətdiyi fikirlərə münasibət bildirib.
“Unutma ki, tarixin ən yaxşı boksçusu mənəm” – deyə M.Əli yazıb.
Mayın 3-də ABŞ-ın Nevada ştatının Las-veqas şəhərində keçirilməsi planlaşdırılan 300 milyon dolarlıq mükafatı olan yarışda Floyd Meyuezer həmkarı Pakio ilə üz- üzə gələcək. Döyüşdən əvvəl açıqlama verən Məhəmməd Əli isə bu yarışda Floyd Meyuezerə dəstək olmayacağını söyləmişdi.
Floyd Meyuezer də Parkinson xəstəliyi ilə mübarizə aparan 73 yaşlı əfsanəvi boksçuya bu cür cavab verib: “Kimsə Məhəmməd Əli və rey Robinsonun məndən yaşı olduğunu deməklə beynimi yuya bilməz. Onlar üçün edə biləcəyim tək şey uğurlarına görə qarşılarında baş əymək və hazırda olduğum yerə gələn yola daşlar döşədikləri üçün onlara hörmət edirəm.”
Qeyd edək ki, kariyerası boyunca Məhəmməd Əli 61 görüşdən 56-nı, Rey Robinson 200 görüşdən 173-nü, Floyd Meyuezer 47 görüşdən hamısını, Pakio isə 65 görüşdən 57-ni qalibiyyətlə başa vurub.

 

Mənbə: ANS PRESS

29 aprel 2015
GO BACK