1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət köç edən 3 min nəfər Azərbaycan türkü pusquya düşürülüb. ANS PRESS-in məlumatına görə, əksəriyyət qadın və uşaqlar olan bu günahsız insanlar ermənilər tərəfindən son nəfərinədək vəhşicəsinə qətlə yetiriliblər. İki gün sonra erməni dəstələri Qars yaxınlığında Şiştəpə və Düzkənd kəndlərində də 600 azərbaycanlını öldürüb.
Mənbə: ANS PRESS