Suçiçəyinin peyvəndə rəğmən keçirilə biləcəyini deyən pediatrlar valideynlərin bilməli olduğu bəzi detalları açıqlayıb.
Milli.Az lent.az-a istinadən onları təqdim edir.
Suçiçəyi, qızılca, qulaqdibi kimi xəstəliklər peyvəndlə qarşısı alına və müalicə edilə bilən xəstəliklərdir.
Suçiçəyi xəstəliyinə daha çox məktəb dövrlərində yoluxurlar. Nadir hallarda bir yaşdan aşağı uşaqlarda rast gəlinir. Suçiçəyinə qarşı peyvənd vurulsa da, bu, xəstəlivə yoluxmamaq demək deyil. Ancaq peyvənd olunmuş xəstələr olmayanlara nisbətən suçiçəyini o dərəcədə ağır keçirmir. Peyvəndli uşaqlar suçiçəyini yüngül səpgilərlə sovuşdurur.
Peyvənd vurulmayan uşaqlar irəli yaşlarda qızılca keçirərsə, sətəlcəm, ortaqulaq iltihabı, suçiçəyi keçirərsə, sətəlcəm, beyincik iltihabı kimi həyatı təhdid edən təhlükəli xəstəliklərə yoluxma riski daşıyır.
Uşağınız suçiçəyinə qarşı peyvənd olunmayıbsa, dərhal peyvəndini vurdurmalısız.
Mənbə: Milli.Az