Qadin.NET / Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial

Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial

 

Ətrafımızda dolaşan mikroblardan, xəstəlik törədən viruslardan, bakteriyalardan qorunmaq üçün antibakterial sabunlara üstünlük veririk. Məlumdur ki, bu sabunlar mikroböldürücü xassəyə malik olduğundan adi sabunlardan daha faydalıdır. Lakin bəzi mütəxəssislər heç də belə olmadığını söyləyirlər. Sabun əsasən iki funksiyanı yerinə yetirir:

 

1. Suyun sərtliyini azaldır.
2. Kir, yağ, ya da bakteriyaların qarşısını alır.
Çünki sabun molekulunun bir hissəsi (hidrofolik) suyu çəkir, digər hissəsi isə (hidrofobik) suyu keçirmir. Hidrofolik hissə hidrofobik turşuların digər hidrofobik maddələrə təmas etməsinə yol açır. Kir sabunun yağ turşularına yapışdıqda su damcıları içində kapsula çevrilir. Beləliklə, yağ və bakteriyalar asanlıqla yuyulub uzaqlaşdırılır. Belə çıxır ki, adi sabunlar da bakteriyalardan təmizlənməni təmin edir.
Antibakterial sabun birləşmələrinin işə yaraması üçün 2 dəqiqə vaxt lazımdır. Lakin bu vaxtı gözləməyə səbrimiz çatmır, nəticədə, sabun öz vəzifəsini “yerinə yetirmədən”, daha doğrusu, mikroblara təsir etmədən yuyulur.
Bir çox yoluxucu xəstəliklər viruslardan qaynaqlanır və heç bunun qarşısını antibakterial məhsullar da ala bilmir. Amerika Xəstəliyə Nəzarət Mərkəzinin araşdırmalarına görə, əlləri adi sabunla və ya ilıq su ilə yumaqla da infeksiyalardan qorunmaq olar.
Mənbə: Milli.Az
29 aprel 2015
GO BACK