Qadin.NET / Yeni dünya rekordu - 5,25 saniyə

Yeni dünya rekordu - 5,25 saniyə

 

 

Amerikalı yeniyetmə Kolin Berns kubik-rubik oyununda dünya rekorduna imza atıb.ANS PRESS-in məlumatına görə, O 5,25 saniyə ərzində oyunun öhdəsindən gəlməyi bacarıb.2013-cü ilin rekordu 5,55 saniyə idi. Berns rekordu Pensilvaniyada keçirilən yarışlarda qırıb. Yariş kubun Ümumdünya assosiasiyası (World Cube Association, WCA) təşkilatçılığı ilə keçirilib.WCA nümayəndəsi Tim Reynolds bildirib ki, Berns kubik-rubik üzrə yarışlarda rekordu vurmağı bacarıb.Reynolds qeyd edib ki, çox güman ki, Bernsin rekordu Qinnessin rekordlar Kitabına düşəcək.2014-cü ildə Kolin Berns kubik-rubik oyunu üzrə ABŞ-ın çempionu olub.

 

Mənbə: ANS PRESS

28 aprel 2015
GO BACK