Qadin.NET / Facebook-dan növbəti yenilik

Facebook-dan növbəti yenilik

 

 

Facebook sosial şəbəkəsində yeni xidmət işə salınır. 
ANS PRESS-in məlumatına görə, özünü yeniləməyə davam edən Facebook-un Messenger tətbiqinə görüntülü danışıq funksiyası əlavə olunacaq.
Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook son texnoloji yeniliyi ilə insanların diqqətini çəkmək niyyətindədir. "Skype"a alternativ olacaq bu tətbiq hələlik yalnız ABŞ, İngiltərə və bir neçə digər ölkədə istifadəyə veriləcək. Amma daha sonra bu tətbiqin bütün Facebook istifadəçilərinin xidmətinə təqdim edilməsi gözlənilir.
Qeyd edək ki, Facebook bir müddət öncə Wi-Fi vasitəsilə pulsuz sesli zəng xidməti təqdim edən yeni bir tətbiqini tanıdıb. "Hello" adındakı yeni tətbiq hazırda yalnız Android sistemində çalışan telefonlarda istifadə olunur. Bu tətbiq vasitəsilə istənilən nömrəni yığıb səsli danışmaq mümkündür.

 

Mənbə: ANS PRESS

28 aprel 2015
GO BACK