Rusiyanın Sibir bölgəsində tüğyan edən meşə yanğınlarının sahəsi əvvəlki günlərə nisbətən 3 dəfə artıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya telekanalları Uzaq Şərq federal dairəsinin rəsmilərinə istinadən xəbər verir. Təkcə son sutka ərzində bölgədə 45 yanğın ocağı qeydə alınıb ki, onlardan 31-ni söndürmək mümkün olub.
Zabaykalye diyarında da meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur. Hazırda regionda 170 min hektar ərazini əhatə edən 56 yanğın ocağı fəal olaraq qalır.
Mütəxəssislərin fikrincə, irimiqyaslı meşə yanğınlarına quru otların yandırılması zamanı odla ehtiyatsız davranma səbəb olub.
Mənbə: ANS PRESS