Qadin.NET / Gəlinciklərinə 200 min dollar xərclədi

Gəlinciklərinə 200 min dollar xərclədi

 

 

Amerikalı qız öz oyuncaqlarına görə nişanlısını tərk edib.
ANS PRESS-in məlumatına görə, 30 yaşlı Eypril Bruker Nyu-Yorkda yaşayır. 13 yaşından gəlincik toplayan Eypril onları öz övladları adlandırır. Eypril Brukerin 8 aylıq sevgilisindən ayrılmasına səbəb isə sevgilisinin onu oyuncaqlara qısqanması olub. 
"Biz tanış olandan 4 ay sonra sevdiyim adam məni oyuncaqlara qarşı qısqanmağa başladı. Elə bir vaxt gəldi ki, o bezib "ya mən, ya oyuncaqların" dedi. Əvvəlcə razılaşsam da, sonradan gəlinciklərimi ata bilməyəcəyimi anladım", - deyən Eypril Bruker oyuncaqlarına ümumilikdə 200 min dollar xərclədiyini bildirib. Gəlincik həvəskarı olan Bruker ABŞ-ın müxtəlif şəhərlərində öz oyuncaqları ilə tamaşalar təşkil edir.

 

Mənbə: ANS PRESS

28 aprel 2015
GO BACK