Qadin.NET / İrəvan Moskvadan bərk inciyib

İrəvan Moskvadan bərk inciyib

 

 

Rusiyanın lenta.ru saytının ekspertləri hesab edirlər ki, Rusiya ilə Ermənistan münasibətlərindəki böhrana görə günah rəsmi İrəvandadır. 
Ermənistan özünün dəyərini xeyli böyüdür və özünün ağ-qara dünyagörünüşünün mənfi xüsusiyyətlərini Moskvaya təhrik etməyə çalışır. Rusiyanı İrəvanla Bakı arasında seçim etməyə məcbur etməyə çalışır. 
Yerli KİV-in mövqeyi və təbliğat qüvvələri ona gətirib çıxarıb ki, Ermənistanda informasiya fonu ölkə vətəndaşlarında azərbaycanalı qonşularına qarşı nifrət formalaşdırır. 
Ermənistanı Rusiyanın Azərbaycana silah satması məsələsi də çox narahat edir. Erməni cəmiyyətində belə hesab edirlər ki, Moskva nəinki onlara qarşı hörmətsizlik edir, hətta faktiki olaraq Bakını dəstəkləyir. 
Arqumentlər əlbəttə ki, çox zəif və mübahisəlidir. Dünya bazarı hərbi texnika, silah-sursat satışı təklifləri ilə doludur. Əgər Azərbaycana silahlanmaq lazım olarsa Avropa ölkələri, Bakıya bütün lazım olanları təklif edəcək. Hələ Asiya ölkələrini demirik. 
Ermənistandakı hakim rejim öz arqumentlərinin zəifliyini anlayır. Bunun üçün də mənəvi aspektləri vurğulayır. Parlamentin spikeri Qalust Saakyan dəfələrlə erməni gənclərin Rusiya silahından öldüyünü deyib. 
Bundan başqa Ermənistan Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişəsinə çəkməyə çalışır. Ancaq Qarabağın onun yurisdiksiyasına daxil olmadığını da yaxşı anlayır. 
Hər şeydən çox rəsmi İrəvanı Rusiya-Azərbaycan yaxınlaşması narahat edir. Buna cavab olaraq Ermənistanaın siyasi elitası Moskvanı qərblə yaxınlaşmaqla cəzalandırmağı düşünür. Bu isə artıq Ermənistanın artan tələblərindən bezməyə başlayan Kremlin ciddi qıcıqlanamasına səbəb olub. 
Hətta erməni eksperlər belə düşünürlər ki, bu Rusiyanın Cənubi Qafqazdakı öz prioritetlərinə yenidən baxmağa vadar edə bilər. Bu dəfə İrəvanın xeyrinə yox. 

 

Mənbə: ANS PRESS

28 aprel 2015
GO BACK