Qadin.NET / Qəribə toy: bəylə gəlin yuxarıda, qonaqlar aşağıda

Qəribə toy: bəylə gəlin yuxarıda, qonaqlar aşağıda

 

 

Kris Ful və Fibi Beyker İngiltərənin Somerset qraflığındakı Vuki Houl mağarasının (Wookey Holes Caves) qarşısındakı uçurumun üzərindən çəkilmiş kanatların üzərində duraraq nikahlarını üzüklərlə "təsdiqləyiblər".
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bəylə gəlin toy zamanı kanatlara çıxaraq kəndirbazlıq ediblər. Nikah üzüklərinin mübadiləsi də elə kanat üzərində, 28 metr hündürlükdə olub.
37 yaşlı Kris Bulla 25 yaşlı Fibi Beyker aşağıda masaların arxasında oturmuş 100 qonağın "Təbrik edirik!" sədaları altında kanatlarda yeriyiblər.
Bristol bölgəsindəki Henham şəhərinin sakinləri olan Krislə Fibi kanat üzərində öpüşəndən sonra aşağı düşüblər.
"Kris peşəkar kəndirbazdır və kanatda yeriməyi o mənə öyrədib. Bu sənəti 4 il əvvəl öyrənməyə başladım. Toyumuzda da kanat üzərində olmağı istədik", - Fibi deyib.
Mənbə: Milli.Az
28 aprel 2015
GO BACK