ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkir: "Bizim tarixi torpaqlarımız işğal olunub. 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkündür. Həmvətənlərimiz Xocalı soyqırımına məruz qalıb”.
Dövlət başçısı Azərbaycanın 20 il ərzində əldə etdiyi naliyyətlərə də diqqət çəkib. İlham Əliyev vurğulayıb ki, xalqımız müstəqillik dövründə öz gələcəyini özü qura, dünyada öz mövqeyini ortaya qoya biləcəyini göstərib: "Azərbaycan böyük enerji resurslarına malikdir. Amma müstəqil olmayan dövrdə həmin resurslardan yararlana bilmirdik. Azərbaycan II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə ən mühüm rollardan birini oynayıb. Həmin dövrdə SSRİ-nin neftinin 70 faizini Azərbaycan təmin edirdi. Lakin müstəqillik dövründə iqtisadiyyatın durumu pis idi, xaos vəziyyəti vardı. Bu gün isə Azərbaycanda azad cəmiyyət var. Bununla yanaşı, siyasi dəyişikliklər davam edir”.
Mənbə: ANS PRESS