Qadin.NET / Nepalda daha bir zəlzələ baş verib

Nepalda daha bir zəlzələ baş verib

 

 

Bu dəfə Nepalda baş verən zəlzələnin gücü 7 bala yaxındır

Nepalda daha bir zəlzələ baş verib.Milli.Az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) xəbər yayıb.
Mərkəzin saytında bu dəfə rixter cədvəli ilə 6,7 bal gücündə yeraltı təkanın qeydə alındığı bildirilir.
Məlumata görə, zəlzələ Kodari şəhərindən 19 kilometr cənub-şərqədə olub. Bu zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
Qeyd edək ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Nəticədə 3200-dən çox insan həyatını itirib, 4000-dən çox insan xəsarət alıb. Xəsarət alanlar arasında bir azərbaycanlı da var.

 

Mənbə: Milli.Az

28 aprel 2015
GO BACK