Qadin.NET / Bakı metrosunda köhnə kartlar yığılacaq

Bakı metrosunda köhnə kartlar yığılacaq

 

 

“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşıdırılmasına başlanılıb.ANS TV-nin məlumatına görə, hazırda metropolitenin "20 Yanvar" stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir. Avadanlıqar tam quraşdırıldıqan sonra ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. Həmin kartdan həm metroda, həm də avtobuslarda istifadə etmək mümkün olacaq.
“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, vahid kart sisteminə keçmək ölkə rəhbərliyinin tapşırığıdır. Buna görə də bu işlərin digər bir təşəbbüskarı “Bakı Bus” şirkətidir. Sözügedən avadanlıqlar da şirkətlə birgə quraşdırılır. İlkin mərhələdə vahid kartdan məhz metroda və “Baku Bus” şirkətinə məxsus avtobuslarda istifadə olunacaq.
Verilən xəbərə görə, yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə olunacaq. Sonrakı mərhələdə isə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.

 

Mənbə: Milli.Az

28 aprel 2015
GO BACK