Qadin.NET / Səhiyyə Nazirliyindən malyariyaya ilə bağlı açıqlama

Səhiyyə Nazirliyindən malyariyaya ilə bağlı açıqlama

 

 

Azərbaycanda 2013-2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə isə 2 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmiz üçün xarakterik deyil.
Nazirlikdən bildirilib ki, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlamış, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 135-ə çatmışdı. Bu, əsasən, ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirmişdi. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb.

 

Mənbə: Milli.Az

28 aprel 2015
GO BACK