Qadin.NET / Abdullah Gül Bakıya gəlir

Abdullah Gül Bakıya gəlir

Abdullah Gül Bakıya gəlir
Türkiyənin sabiq prezidenti Abdullah Gül Bakıya gəlir.ANS PRESS-in məlumatına görə, Gül artıq Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə Azərbaycana yola düşüb. Türkiyənin sabiq prezidenti III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Abdullah Gül sabah başlayacak Forumda açılış və bağlanış nitqi ilə çıxış edəcək.
Forumda Abdullah Gülün “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub. 
Forumda, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da iştirak edəcək.

Mənbə: ANS PRESS

27 aprel 2015
GO BACK