Mərkəzin saytında bu dəfə rixter cədvəli ilə 6,7 bal gücündə yeraltı təkanın qeydə alındığı bildirilir.
Məlumata görə, zəlzələ Kodari şəhərindən 19 kilometr cənub-şərqədə olub. Bu zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
Qeyd edək ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Nəticədə 3200-dən çox insan həyatını itirib, 4000-dən çox insan xəsarət alıb. Xəsarət alanlar arasında bir azərbaycanlı da var.
Mənbə: ANS PRESS