Qadin.NET / Üç ildir eyni paltarı geyinir

Üç ildir eyni paltarı geyinir

 

 

ABŞ-ın Nyu-York şəhərindəki "Saatchi & Saatchi" reklam agentliyində rejissor işləyən Matilda Kal son üç ildə işə yollanarkən eyni paltarı geyinir.
Milli.Az AHT-yə istinadən bildirir ki, "vaxtımı və enerjimi paltarlara sərf etmək istəmirəm" deyən Kal hər səhər işə getməyə hazırlaşanda gecikmək stressindən, geyiminin həmin günkü toplantılara uyğun olub-olmayacağını düşünməkdən bezərək belə radikal qərara gəlib.
"Harper’s Bazaar" jurnalında bu ay yaşamı ilə bağlı məqaləsi dərc olunandan sonra Kal sosial şəbəkələrdə ən çox müzakirə edilən fiqurlardan birinə çevrilib.
"Bəsit, amma maraqlı bir geyim arayırdım. Dükanlardan birində ağ bluz gördüm. Çox xoşuma gəldi və həmin bluzdan 15 dənə aldım. Sonra şalvar seçdim, həmin şalvardan da 6 dənə aldım. Artıq üç iddir eyni "uniforma"dayam", - Matilda Kal deyib.
Mənbə: Milli.Az
27 aprel 2015
GO BACK