İspaniyanın "Barselona" klubunun ulduzu Dani Alveş aprelin 24-də "erməni soyqırım"ı ilə bağlı foto yaymışdı.
Milli.Az bildirir ki, Alveş Twitter-dəki profilində paylaşdığı fotoda əlində "Türkiyə, erməni soyqırımını tanı!" yazılmış kağız parçası tutmuşdu.
Futbolçu bu fotoya görə türklərdən üzr istəyib.
"Türk fanatlarımdan milyonlarla dəfə üzr istəyirəm. Onların xətirlərinə dəyəcəyimi bilmirdim. Mənim də türk dostlarım var", - Alveş Twitter-də yazıb.
Mənbə: Milli.Az