Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, E.Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvandakı birgə konfransında bildirib."Birisi gün həmsədrlərlə görüşəcəm", - deyə erməni nazir bildirib.Ermənistan XİN-in ilkin məlumatına görə, görüş Parisdə baş tutacaq.
Mənbə: Milli.Az