Qadin.NET / Bakıda yeni yol nişanları və yeni qadağalar

Bakıda yeni yol nişanları və yeni qadağalar

 

 

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, idmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrinin və digər qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətləri çəkilir.Xüsusilə əsas yol şəbəkəsində eni 3,75 metr olan “Oyunlar zolağı” ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

 

Mənbə: Milli.Az

27 aprel 2015
GO BACK