Zirehli avtomobillər, ən müxtəlif silahlar, bunkerdə yaşamaq üçün gərəkli ləvazimatlar və avadanlıqlar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərində "PrepperCon" şousunda zombi-apokalipsisə inananlar və onların hazırladıqları "məhsul"lar nümayiş olunub.
"RrepperCon"un təşkilatçılarından biri Skott Stellinqsin dediyinə görə, şou mormon inancı və mədəniyyətinin təsiri olmadan ötüşməyib.
Şounun sloqanı "Fəlakətdə, zombilərin oyanmasında nəyin bahasına olursa-olsun, sağ qalmaq!"dır.
Mənbə: Milli.Az