Qadin.NET / "Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Naxçıvandadır

"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Naxçıvandadır

 

 

"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Bakıdan Naxçıvana gətirilib.
Trend-in Naxçıvana ezam olunan müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında məşəlin Naxçıvanda yandırılması mərasimi keçiriləcək.
Qeyd edək ki, aprelin 26-da Atəşgah Məbədindən Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Mənbə: Milli.Az
27 aprel 2015
GO BACK