Qadin.NET / Putin həyatından danışdı

Putin həyatından danışdı

Putin həyatından danışdı
Rusiya dövlət televiziyasının onun haqqında çəkdiyi "Prezident" sənədli filmdə Rusiya Prezidenti Vladimir Putin maraqlı açıqlamalar verib. ANS PRESS xəbər verir ki, dövlət başçısı Vladimir Putin prezident vəzifəsindən sonra şəxsi həyatı haqqında danışıb.
O deyib: "Mən prezident olmadığım dövrdə heç vaxt xarici dünya ilə əlaqəni itirməmişəm. Mən həyatımı dövlət başçısı vəzifəsindən getdikdən sonra da tamamilə yaxşı təsəvvür edirəm."
Onun sözlərinə görə, insan həyatı təkcə prezidentlikdən ibarət deyil. Ali vəzifədən sonra insan həyatı lakmus kağızına

bənzəyir. Əgər insan saray interyerindən çıxıb adi mənzilə qayıda və orada yaşamağı bacarırsa, hesab edirəm, o, xarici dünya ilə əlaqələri kəsməməlidir. 
Xatırladaq ki, Rossia-1 dövlət televiziyası Prezident Vladimir Putin haqqında çəkdiyi film aprelin 26-da yayımlanıb. 

Mənbə: ANS PRESS

27 aprel 2015
GO BACK