Ötən ilin iyul ayında ermənilər tərəfindən girov götürüən azərbaycanlılardan biri əməliyyat edilib. ANS PRESS-in "Кавказский узел"ə istinadla verdiyi məlumata görə, Kəlbəcərdə girov düşən Şahbaz Quliyev Xankəndidə əməliyyat olub.
Məlumata görə, onun öd kisəsi sancısı tutub.
"Helsinki təşəbbüsü-92" təşkilatının məlumatına görə, Ş.Quliyev Xankəndindəki xəstəxanalardan birindədir və ona baş çəkilib.
Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən ilin iyul ayında ata-baba torpaqlarını, yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcərə gediblər.
Onların yanında olan Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Həsənin cəsədi hadisədən bir neçə ay sonra qaytarılıb.
Ş.Quliyev və D.Əsgərov üzərində qondarma rekim tərəfindən saxta məhkəmə iclası qurulub. "Məhkəmənin" qərarı ilə Şahbaz 22, Dilqəm isə ömürlük azadlıqdan məhrum edilib.
Mənbə: ANS PRESS