Qadin.NET / Barak Obama: "Baş nazir mənim dəfnimə dəvət olunub"

Barak Obama: "Baş nazir mənim dəfnimə dəvət olunub"

 

 

"Mən olduqca qoca görünürəm. Hətta İsrailin baş naziri Netanyahu mənim dəfnimə də dəvət olunub. Məndən fərqli olaraq, Mişel (həyat yoldaşı -red.) ötən illər də elə də dəyişməyib. Bunun sirrini ondan soruşanda "təzə meyvə və tərəvəz" deyə cavab verir.ABŞ prezidenti Barak Obama aprelin 25-də Ağ evdə jurnalistlər üçün təşkil olunmuş ziyafətdə yarı zarafat, yarı ciddi satirik çıxışı zamanı belə deyib. Axşam yeməyinə jurnalistlərdən başqa siyasətçilər və tanınmış şəxslər də qatılıb.
Barak Obama 6 illik prezidentlik dövründə bəzi insanların onun haqda nələr düşündüklərindən danışıb. Deyib ki, bəziləri onu təkəbbürlü biri kimi tanıyır:
"Bu hələ hamısı deyil. Bir neçə həftə əvvəl Dik Çeyni (ABŞ-ın sabiq vitse prezidenti) deyir ki, mən onun həyatı boyu gördüyü ən pis prezidentəm. Maraqlısı odur ki, Çeyni də mənim həyatım boyu gördüyüm ən pis vitse prezidentdir".
Obama İranda həbs olunan Jason Rezainan haqda da danışıb:"Josan Tehranda 9 aydır həbsdədir. İran xalqının ümidləri, onların qorxuları haqda "Washington Post"dakı yazılarına görə həbsə atılıb. Onun qardaşı Ali bu axşam burada bizimlədir».
Obama bildirib ki, Josan Rezainan evinə, ailəsinə qayıtmayanacan rahatlamayacaq.

 

Mənbə: ANS PRESS

27 aprel 2015
GO BACK