Qadin.NET / Azərbaycanda yeni zavod

Azərbaycanda yeni zavod

 

"SOCAR Polymer" MMC Sumqayıt Kimya Sənaye Parkındakı zavodda polietilen istehsalı üçün Böyük Britaniyanın "Ineos Technologies" şirkətinin "Innovene S Process" texnologiyasını seçib. ANS PRESS-in məlumatına görə, bu barədə Trend Britaniya şirkətinə istinadən məlumat verir.
Məlumata əsasən, "SOCAR Polymer" MMC "Ineos" texnologiyası üzrə orta və yuxarı təzyiqli polietilen buraxacaq. "Ineos Technologies" şirkəti ilk dəfə olaraq Aərbaycan istehsalçıları üçün "Innovene" üzrə lisenziya təqdim edəcək.
Qeyd edək ki, polietilen zavodunun 2018-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.

 

Mənbə: ANS PRESS
27 aprel 2015
GO BACK