Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. ANS PRESS-in məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib.Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi.
İddiaya mövzu hadisə, Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verib. Cəza 7 min lirə pul cəzasına çevrildi.
Məhkəmənin qərarından narazı olan Atilla Appelyasiya məhkəməsinə şikayət edir. Appelyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və şərəfini alçaltdığını bildirdi. Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.
Mənbə: ANS PRESS