Putin evlənmək istəyir
Rusiya lideri Vladimir Putin Moskvada səfərdə olan Argentina prezidenti Kristina Fernandes de Kirşner ilə evlənmək istəyir. ANS PRESS-in məlumatına görə, Rusiyanın bəzi KİV-ləri iddia edir ki, onlar yaxın zamanlarda evlənəcəklər. Bunun üçün Kirşner pravoslav dinini qəbul edəcək. Nikah Moskva və Bütün Rusiya patriarxı Kirill tərəfindən kəsiləcək. Rusiya mətbuatı bunun fantastik nəticələr verəcəyini iddia edir: Argentina Avrasiya İqtisadi İtifaqına daxil olacaq və öz ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verəcək. Vladimir Putin isə Folklend adaları problemini həll etməyə söz verib.
Mənbə: ANS PRESS
26 aprel 2015
GO BACK