Tədbirlərə cəmi 4 dövlət başçısı qatılmışdı ki, onlardan yalnız 2-si - Fransua Olland və Vladimir Putin böyük dövlətləri təmsil edirdilər. Halbuki, Serj Sarkisyan hakimiyyəti 1915-ci il hadisələrinin 100 illiyindən istifadə edərək, böyük dövlətlərin dəstəyi ilə uydurma soyqırımı Türkiyəyə qəbul etdirmək istəyirdilər. Bundan sonra maddi təzminat və ərazi iddiaları gündəmə gəlməli idi.
Göründüyü kimi, tədbir alınmadı və bir sıra erməni KİV-ləri bunda əsas günahkar kimi Vladimir Putini hədəfə götürüblər. Yəni qərb liderləri Putinlə eyni tədbirə qatılmaq istməyiblər.
Mənbə: ANS PRESS