Qadin.NET / Dünyada bu dillər yox olacaq

Dünyada bu dillər yox olacaq

Dünyada bu dillər yox olacaq
Bu əsrin sonuna kimi dünyada dillərin yarısı yox ola bilər.ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO)
hesabatında deyilir.
Bildirilir ki, hazırda yer üzündə 2 mindən çox dil daşıyıcısı mövcuddur. İndi dünyada 7 mindən çox dil var.
Mütəxəssislərin fikrincə, bu əsr ərzində ən çox Saxara səhralığının cənubunda yerləşən Afrika, həmçinin Avstraliya, Cənub-Şərqi Asiya və Okeaniya ölkələrinin dilləri zərər görəcək. Bu regionlarda ölkələr dillərin əksəriyyətindən məhrum ola bilərlər. Çünki hər il bu dildə danışanların sayı azalır. 
YUNESKO-da hesab edirlər ki, təhdid altında yox olanlar sırasında Şimali Amerikanın yerli dilləri də var. Əgər amerika hakimiyyəti lazımlı ölçülərin götürülməsinə təşəbbüs göstərsələr, onda bu dillərin varlığını saxlamaq mümkün olacaq.

Mənbə: ANS PRESS

25 aprel 2015
GO BACK