Qadin.NET / Berlin “soyqırım” deməyibmiş

Berlin “soyqırım” deməyibmiş

Berlin “soyqırım” deməyibmiş
Almaniya parlamentində 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “soyqırım” kimi tanınması barədə yayılmış xəbər düz çıxmayıb. 
ANS PRESS-in məlumatına görə, bir gün öncə “Reuters” tərəfindən yayılmış məlumatı Ermənistanın “Novosti Armeniya” agentliyinin Bundestaqda olan mənbəsi tərəfindən təkzib edilib. “Reuters” iddia edib ki, dünən Bundestaqda səs çoxluğu ilə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınması barədə qətnamə qəbul edilib. 
Amma erməni agentilyinin mənbəsi bildirib ki, məsələ belə olmayıb: “Hə, xüsusi iclas oldu, Almaniya parlamentinin spikeri ermənilərin kütləvi qırğınını soyqırım adlandırdı, demək olar ki, hamı sənədi dəstəklədi, amma heç bir səsvermə keçirilmədi və qətnamə hələ qəbul edilməyib”.
Alman mətbuatının yazdığına görə, “soyqırım” termini istifadə edilən qətnamə profil komissiyasında müzakirə üçün göndərilib. Yəqin ki, komissiya terminin dəyişdirilməsini tələb edəjək. Hər halda, Türkiyə və Almaniya ənənəvi tərəfdaş olduğuna görə, siyasətçilər münasibətləri korlamaqdan çəkinərlər. 

Mənbə: ANS PRESS

25 aprel 2015
GO BACK