Qadin.NET / "Facebook"dan möhtəşəm yenilik

"Facebook"dan möhtəşəm yenilik

"Facebook"dan möhtəşəm yenilik
Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook daha bir yeniliyə imza atıb.ANS PRESS-in məlumatına görə, dünyada milyonlarla adamın istifadə etdiyi sosial şəbəkə Android telefonunuzu artıq ələ keçirəcək. Bir çox tətbiqə imza atan şirkət yenə çox danışılacaq bir layihəyə imza atır.
Faceebook Wi-Fi vasitəsilə pulsuz sesli zəng xidməti təqdim edən yeni bir tətbiqini tanıdıb. "Hello" adındakı yeni tətbiq hazırda yalnız Android sistemində çalışan telefonlarda istifadə olunur. Bu tətbiq vasitəsilə istənilən nömrəni yığıb səsli danışmaq mümkündür.
Zəng edənlər haqqında "Facebook"dan məlumat əldə edən Hello şəxs haqqında məlumatlar göstərir. Böyük marağa səbəb olan yeni tətbiqin yaxın müddətdə digər platformalarda da istifadəyə veriləcəyi bildirilir.

Mənbə: ANS PRESS

25 aprel 2015
GO BACK