Qadin.NET / Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ qeydə alınıb.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla 08:02-də Qəbələdən 20 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində, zəlzələ qeydə alınıb. 
12 km dərinlikdə baş verən təkanların maqnitudası 3 bal gücündə olub. 
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, sonuncu dəfə Qəbələdə zəlzələ 12 aprel tarixində baş verib. Qəbələdən 26 km şimali-şərqdə qeydə alınmış təkanlar 3,6 bal gücündə olmuşdu.

Mənbə: ANS PRESS

25 aprel 2015
GO BACK