Qadin.NET / Ronaldodan alqışlanacaq hərəkət

Ronaldodan alqışlanacaq hərəkət

 

Ronaldodan alqışlanacaq hərəkət

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo yenidən mətbuatın gündəminə düşüb.ANS PRESS-in məlumatına görə, portuqaliyalı futbolçu bu dəfə nümayiş etdirdiyi oyunu ilə deyil təqdirə layiq hərəkəti ilə diqqət mərkəzində olub. 
Çempionlar Liqasında ötən gün "Atletiko Madrid"lə qarşılaşan "Kral Klubu" oyundan öncə məşq edib. Topla isinmə hərəkətləri edən portuqaliyalı qapıya zərbə endirib. Ancaq top tora deyil, tribunada əyləşən "Real Madrid"in balaca fanatının başına dəyib. 
Uşağın ağladığını görən Ronaldo ona jest edib. Əynindəki formanı çıxaran ulduz futbolçu onu balaca azarkeşə hədiyyə edib. Portuqaliyalının bu hərəkəti insanlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Real Madrid" - "Atletiko Madrid" matçını ev sahibi minimal hesabla (1:0) qazanıb. "Kral Klubu" bu nəticə ilə adını növbəti tura yazdırıb. 

 

Mənbə: ANS PRESS

24 aprel 2015
GO BACK