Qadin.NET / Külək nə vaxta kimi davam edəcək?

Külək nə vaxta kimi davam edəcək?

 

Külək nə vaxta kimi davam edəcək?

Sabah Azərbaycanda hava yağıntılı olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. 
Havanın temperaturu gecə 5-8Лљ, gündüz 11-16Лљ isti olacaq.
Aprelin 25-də Azərbaycanın bölgələrində də arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacaq, yağıntı gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4-9Лљ, gündüz 13-18Лљ, dağlarda gecə 2Лљ şaxtadan 3Лљ-dək isti, gündüz 4-9Лљ isti olacaq.
Xatırladaq ki, aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mənbə: ANS PRESS

24 aprel 2015
GO BACK