"Frid Finans" təşkilatının Rusiya maliyyə bazarı üzrə əməliyyat idarəsinin rəisi Qeorgi Vaşenko avro barədə proqnozunu açıqlayıb. ANS PRESS-in məlumatına görə, o deyib ki, avronun kursu əhəmiyyətli dərəcədə aşağı düşür və ruhi cəhətdən çökəcək: "Dünən gün boyunca dolların və avronun məzənnəsi rubla nisbətdə düşüb və bir dollar 51 rubla, bir avro isə 55 rubla satılıb. İndiki korreksiya ongünlük anoloji vəziyyətin təkrarıdır. Neftin qiymətinin artması rubla dəstək verir. İndi Brent markalı neftin bir barelinin qiyməti 65 dollara çatıb."
Onun sözlərinə görə, bu gün valyuta bazarında rubl yerini möhkəmləndirir. Bunun əsas səbəbi neftin qiymətinin qalxması və ixracın artmasıdır. Bu həftənin sonunadək vergi ödəmələri də Rusiya valyutasının güclənməsinə dəstək verən əsas amil olacaq.
Q.Vaşenko söyləyib ki, gün ərzində avronun kursu 50-51 rubl dinamikasında qalacaq. Günün sonunadək valyuta kursunda güclü dəyişiklik gözlənilmir və qiymət təyinatına güclü təsir edəcək əhəmiyyətli hadisələr qeydə alınmayacaq. Rubl mülayim şəkildə möhkəmlənməkdə davam edəcək. Bir dolların 50 rubldan aşağı düşməsi qısamüddətli güclü psixoloji vəziyyət doğura bilər. Amma bu hadisənin baş verməsi ehtimalı azdır.
Rusiyanın Mərkəzi Bank sədrinin birinci müavini Kseniya Yudayeva Maliyyə Sabitliyi Forumunda bildirib ki, neftin qiymətinin artması fonunda rublun möhkəmlənməsi başa çatdı, indi sabitləşmə prosesi başlayacaq.
Mənbə: ANS PRESS