Azərbaycanda xüsusi təhsilə cəlb olunan uşaqlara görə onların valideynlərinə yeni müavinət veriləcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərara dəyişikliklər edilib.
Həmin qərara əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat həcmində müavinət veriləcək
Mənbə:Milli.Az