Qadin.NET / Quba və Qusara qar yağıb

Quba və Qusara qar yağıb

 

Quba və Qusara qar yağıb

May ayının gəlməsinə sayılı günlər qalsa da Quba və Qusarın dağ kəndlərinə gecə saatlardan qar yağmağa başlayıb.ANS TV-nin məlumatına görə, ölkənin şimalına 10 günlük fasilədən sonra Qusarın Ləzə kəndinə qar yağıb. Burada təxminən 12 sm-dən çox qar müşahidə olunur.
Qusarın dağlıq Aladaş kəndinin sakinləri ilin bu mövsümündə yağan qarı həm çətinliklə, həm də təəccüblə qarşılayırlar.
Kənd sakini Sahil Ağamuradov deyir ki, adətən qar aprelin əvvəlində yağırdı. İndi isə qar aprelin sonunda yağıb. Bu əkin üçün xeyirli olsa da, mal-qaraya çətinlik yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı Hidrometerologiya Müəssisəsindən verilən xəbərə görə, qar ən çox Qubanın Qırız və Xınalıq kəndinə yağıb. Bu kəndlərdə qarın hündürlüyü 20-25 santimetrə çatıb.

 

Mənbə: ANS PRESS

24 aprel 2015
GO BACK