Qadin.NET / Obamadan ermənilərə şillə

Obamadan ermənilərə şillə

 

Obamadan ermənilərə şillə

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Ermənistanı məyus edib. ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrini ermənilərin gözlədiyi kimi “erməni soyqırımı” adlandırmayıb. Bu barədə “Associated Press” xəbər verir.
Xəbərdə bildirilir ki, Ağ Ev rəhbəri 1915-ci il hadisələrindən söz açarkən ənənəvi müraciətində yenə “soyqırım” sözündən qaçınıb və bunun əvəzində “böyük fəlakət” ifadəsini işlədib. 
Bundan başqa, B.Obama bu məsələnin yeni olmadığını, mövqeyinin dəyişməyəcəyini vurğulayıb. 
Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar. Bir sıra Avropa ölkələri prezidentləri də bu hadisəni “soyqırım” kimi qəbul etdiklərini açıqlayıblar.

 

Mənbə: ANS PRESS

24 aprel 2015
GO BACK