Azərbaycanda molokanların kompakt məskunlaşdığı yerlərdən biri də Xızı rayonunun Altıağac qəsəbəsidir. Onların bu əraziyə gəlməsi XVIII əsrin ortalarına təsadüf edir. O dövrdə 300-ə yaxın ailənin məskunlaşdığı Altıağacda indi 10 molokan ailəsi var.
RTV (Region TV) xəbər verir ki, 1926-cı ildə Altıağacda dünyaya gələnAntonina Dudkina etnik xalqın buradakı ən yaşlı nümayəndəsidir. 15 ildir həyat yoldaşını itirən Antonina Dudkinanın 3 övladı var. Onların hamısı Rusiyada yaşayır. Yaşının çox olmasına baxmayaraq o, bütün təsərrüfat işlərini özü görür. Molokanlar tarixi ənənələrinə sadiqliyi ilə seçilir. Altıağacda onlar hər bazar günü sitayiş etmək üçün ibadət yerlərinə yığışırlar. Yaşadıqları evlərin tikiliş forması da maraqlıdır. Ağacdan inşa olunan bu yaşayış yerlərinin damı kərpiclə hörülür.