Qadin.NET / Türkiyə 1915-ci ilin arxivlərini açdı

Türkiyə 1915-ci ilin arxivlərini açdı

 

 

Türkiyə Silahlı Qüvvələri 1915-ci ilin hərbi arxivlərini açıb.Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, açılmış sənədlərdən məlum olur ki, Türkiyə ermənilərin ölkə daxilində köçürülməsi zamanı onların təhlükəsizliyinə xüsusi diqqət ayırıb.

Sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə

yetiriblər.
Qeyd etmək lazımdır ki, 1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə teleqram göndərmişdi: “Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?” (orijinal mətndən sözbəsöz tərcümə). Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərari imiş.

 

Mənbə: Milli.Az

24 aprel 2015
GO BACK