Qadin.NET / Ən məşhur taksi servisi Azərbaycana gəldi

Ən məşhur taksi servisi Azərbaycana gəldi

 

 

Bunu düşünməyə Uber-in Azərbaycan üçün işçi axtarmağı əsas verir. Rəsmi saytında Uber-in Azərbaycan üçün işçilər axtardığını görmək olar.Milli.Az technimum.com-a istinadən bildirir ki, Uber ötən il "Silicon Valley"də ən çox investisiya alan şirkət olmuşdu. 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi. Birjaya açılmamış şirkətlər arasında da hal-hazırda ən dəyərli şirkət olaraq rəqiblərindən çox öndədir Uber şirkəti.
Bu il Uber-in 1 milyon yeni iş yeri yaratması gözlənilirdi. Böyümənin əhəmiyyətli bir hissəsi də Asiya və Okeaniya ölkələri üçün nəzərdə tutulurdu. Heç bir qaynaqda kiçik ölkələrin də planda olduğu yazılmırdı. Ancaq görünən odur ki, Uber bütün dünyada özünə yer edir.
Azərbaycanda bu bazar 2014-cü ilin sonu qızışmağa başladı. Sanki sözləşirmişcəsinə bir-birinin ardında bir neçə taksi xidməti verən startup-lar fəaliyyətə başlamışdı. Uzun müddət telefonla sifariş qəbul edən 189 xidməti də öz tətbiqlərini istifadəyə vermişdi. Uber-in gəlişi alınsa, bu bazarın yenidən aktivləşməsini gözləmək olar.
Mənbə: Milli.Az
23 aprel 2015
GO BACK